12 C
Baku
Wednesday, December 11, 2024

Yaponiyanın Baş naziri bu gün Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida bu günə planlaşdırılan mətbuat konfransında Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacaq.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yeni sanksiya tədbirləri xüsusilə enerji sektoruna, o cümlədən Rusiya kömürünün idxalına məhdudiyyətlərə təsir göstərə bilər. Mətbuat konfransının yerli vaxtla saat 18:00-dan sonra (Bakı vaxtı ilə 13:00) başlaması gözlənilir.

Bundan əvvəl Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Xaqiuda hakimiyyət orqanlarının Rusiyadan kömür idxalının həcmini tədricən azaldacağını açıqlayıb. 2021-ci ildə Yaponiyanın xaricdən aldığı bütün kömürün təxminən 11 %-i Rusiyanın payına düşüb.

Aprelin 7-də “Böyük Yeddilik” (G7) ölkələrinin liderləri enerji sektorunda Rusiyadan asılılığın azaldılması, o cümlədən kömürün idxalının tədricən dayandırılması və qadağan edilməsi planlarının həyata keçirilməsini sürətləndirmək arzularını ifadə ediblər.

Son xəbərlər
Digər xəbərlər