14 C
Baku
Saturday, November 23, 2024

Almaniyada inflyasiya 7.3 faizə çatıb

Almaniyada enerji qiymətlərinin kəskin artması səbəbindən əhali maliyyə çətinliyi ilə üz-üzə qalıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, son məlumatlar hər yeddi almandan birinin gündəlik xərclərini qarşılamaqda çətinlik çəkdiyini göstərir.

Qeyd edək ki, Almaniyada yüksək enerji qiymətlərinin artması nəticəsində mart ayında inflyasiya 7,3 faiz təşkil edib. Bu da son 40 ildə ən yüksək göstərici hesab olunur.

Ötən illə müqayisədə bu il enerji xərcləri müəssisələr üçün 70 faiz, bir sıra zəruri resurslar üzrə isə təxminən 20 faiz artıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər