ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya telekommunikasiya və internet avadanlığının ixracına qarşı tətbiq edilən sanksiyanı ləğv edib.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə maliyyə idarəsinin baş lisenziyasında bildirilir.
“Rusiyanın iştirakı ilə adi qaydada həyata keçirilən və telekommunikasiya qəbulu üçün zəruri olan bütün əməliyyatlara icazə verilir”, – mesajda deyilir.
ABŞ-ın Maliyyə Nazirliyi “internet kommunikasiyaları, məsələn, ani mesajlaşma, videokonfrans, söhbət və e-poçt, sosial şəbəkələr, foto, film və sənəd mübadiləsi, internetə baxış kimi” xidmətlərin, proqram təminatının, texniki vasitələrin və ya texnologiyanın Rusiyaya ixracına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Xatırladaq ki, martın 10-unda Rusiya hökuməti Rusiyaya gətirilən və ölkədən ixracı müvəqqəti qadağan edilən mal və avadanlıqların siyahısını müəyyən edib.