Belarus 39 dost olmayan dövlətin siyahısını müəyyənləşdirib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Belarusun hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər” edən ölkələrə aşağıdakılar daxildir:
– 27 Avropa İttifaqı ölkəsi,
– ABŞ,
– Böyük Britaniya,
– Kanada,
– Norveç,
– İslandiya,
– İsveçrə,
– Albaniya,
– Çernoqoriya,
– Şimali Makedoniya,
– Lixtenşteyn,
– Avstraliya,
– Yeni Zelandiya.
Xatırladaq ki, martın 7-si Rusiya da dost olmayan ölkələrin siyahısını dərc etmişdi. Ümumilikdə siyahıya 46 dövlət daxildir. Belarusun sadaladığı ölkələrdən başqa orada Andorra, Mikroneziya, Monako, San-Marino, Koreya Respublikası, Tayvan və Yaponiya yer alıb.