Kanada aşağı gəlirli ölkələrdə yeni koronavirusa qarşı peyvənd olunmaq üçün 220 milyon Kanada dolları (175 milyon dollar) ayıracaq.
Bu barədə Kanadanın Baş naziri Castin Trüdonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Vəsaitlər beynəlxalq COVAX mexanizmi vasitəsilə bölüşdürüləcək.
Əvvəllər Kanada inkişaf etməkdə olan və yoxsul ölkələrdə pandemiya ilə mübarizə üçün 2,7 milyard Kanada dolları (2,15 milyard dollar) ayırmışdı.
COVAX Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən işə salınmış beynəlxalq mexanizmdir. Proqramın şərtlərinə görə, yüksək gəlirli ölkələr daha az varlı ölkələr üçün peyvənd pulu ödəyirlər.