12 C
Baku
Wednesday, December 11, 2024

Mart ayında ərzaq rekord həddə bahalaşıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qida məhsullarının qiymətləri ilə bağlı növbəti hesabatını açıqlayıb.

Hesabatda göstərilir ki, Mart ayında dünyada ərzaq qiymətləri 12.6% bahalaşaraq tarixi rekorda imza atıb. Belə qiymərtlər 1990-cı ildən indiyədək heç yerdə qeydə alınmayıb. Dənli bitki və bitki yağının qiymətləri isə şok effekti yaradıb.

Baş qərargahı Romada olan təşkilat bildirir ki, mart ayında buğda fevralla müqayisədə 17.1% bahalaşıb. Taxılın bahalaşması fonunda ikinci dərəcəlı dənli bitkilərin də qiyməti yüksəlməyə meylli olub. Söbət arpa, buğda, çovdar, vələmir və qarğıdalıdan gedir. Bahalaşmanın səbəbi Ukrayna və Rusiyadan ixracın dayanmasıdır.

Bitki yağlarının qiymətində aylıq artım 23%-i ötüb. Ukrayna və Rusiyadan günəbaxan yağı təchizatının dayanması digər bitki yağlarına da təsir edib. Dünyada istehlak olunan günəbaxan təxminən 70%-ni Ukrayna və Rusiya fermerləri hazırlayır.

Ekspertlərin fikrincə, günəbaxan yağının bahalaşması marqarinin və şirniyyat istehsalında istifadə edilən inqredientlərin də bahalaşmasına səbəb olacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər