10 C
Baku
Thursday, December 12, 2024

Britaniya kəşfiyyatı: “Ukraynanın şərqində döyüşlər intensivləşəcək”

“Yaxın iki-üç həftə ərzində Ukraynanın şərqində döyüşlər intensivləşəcək, çünki Rusiya öz səylərini orada cəmləməyə davam edir”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiyanın hücumları hələ də Ukraynanın Donetsk və Luqansk yaxınlığındakı mövqelərinə yönəlib. Xerson və Nikolayev ətrafında döyüşlər davam edir, həmçinin Kramatorsk yenidən hücuma məruz qalmağa başlayıb. Rusiya qüvvələri Ukraynanın şərqindəki əməliyyatlara dəstək vermək üçün Belarusdan geri çəkilməyə davam edir”, – məlumatda vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər