“Məişət Maye Qaz” QSC 2021-ci ili 3 milyon 10 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə şirkətin mənfəəti 3 milyon 402 min manat olub ki, bu da illik müqayisədə 11.5% azalma deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Məişət Maye Qaz”ın əsas əməliyyat gəlirləri 29 milyon 519 min manat, işçi heyəti üzrə xərclər 4 milyon 789 min manat, amortizasiya xərcləri isə 1 milyon 988 min manat olub.
“Məişət Maye Qaz”ın 2021-ci ildə cəmi aktivləri 24 milyon 155 min manat olub ki,1 il əvvələ nisbətən 4.1% artımdır. Hesabat dövründə şirkətin öhdəlikləri 3% azalaraq 16 milyon manat, kapitalı isə 20.2% artaraq 8 milyon 155 min manat təşkil edib.
Qeyd edək ki, “Məişət Maye Qaz” maye qazın satışı ilə məşğul olur.