Rusiya Prezidenti Vladimir Putin əməkdaşlıq niyyətində olan bütün tərəfdaşlarla əməkdaşlıq etməyə hazır olduqlarını və ölkənin qapanmağa hazırlaşmadığını bildirib.
TASS xəbər verir ki, o, “Vostoçnıy” kosmodromunda kosmos sənayesi işçiləri ilə söhbət edərkən deyib:
“Biz təcrid olmağa hazırlaşmırıq. Müasir dünyada heç kimi sərt təcrid etmək mümkün deyil, Rusiya kimi böyük ölkəni təcrid etmək isə qətiyyən mümkün deyil. Bu səbəbdən, əməkdaşlıq etmək istəyən tərəfdaşlarımızla işləyəcəyik”.