Üç müdrik şəxs insan üçün keçmişin, indinin və yaxud gələcəyin hansının daha vacib olduğu məsələsi ilə bağlı mübahisə edirlər.
Onlardan biri deyir: – Mənim keçmişim məni hazırda olduğum insan edir. İndi bildiklərimi keçmişdə öyrənmişəm. Özümə inanıram, çünki keçmişdə uğurlu yerinə yetirdiyim işlər var. Keçmişdə xoşluqla tanıdığım insanlara görə hazırda insanları sevirəm. İndi sizə baxıram, təbəssümünüzü görürəm və artıq bilirəm ki, tərəddüdsüz hər hansı bir şeylə razılaşmağa vərdiş etmisiniz.
—Bununla isə razılaşmamaq mümkün deyil – deyə ikinci müdrik şəxs sözə başlayır. Lakin əgər sən haqlı olsaydın, insan keçmişdə öyrəndiyi vərdişlərin içərisində hörümçək kimi fırlana-fırlana qalardı. Hazırda bildiyim və bacardığım vacib deyil, mən gələcəkdə mənə lazım olanı öyrənəcəm. Mənim 2 ildən sonra necə bir insan olacağım haqqında təsəvvürlərim, 2 il bundan əvvəl necə bir insan olduğum haqqında xatirələrdən daha realdır. Çünki mənim davranışlarım mənim necə bir insan olduğumdan deyil, necə bir insan olmağa çalışmaqdan asılıdır. Mənim keçmiş sevdiyim insanlara bənzəməyən şəxs xoş gəlir.
— Bu zaman üçüncü şəxs sözə başlayır: Keçmiş və gələcəyin yalnız bizim düşüncələrimizdə mövcud olduğunu unudursunuz. Keçmiş artıq, gələcək isə hələ yoxdur. Və keçmişi xatırlamağınızdan və gələcəyi arzulamağınızdan asılı olmayaraq indiki zamanda fəaliyyət göstərirsiniz. Yalnız indiki zamanda həyatınızda nələrisə dəyişə bilərsiniz. Bu baxımdan burada keçmiş və gələcək gücsüzdür. Yalnız indiki zamanda xoşbəxt olmaq olar: keçmişdəki xoşbəxtliyi yada salmaq – kədər, gələcək xoşbəxtliyi gözləmək isə – həyəcan gətirər.
Comments are closed.