Mart ayı üzrə Birləşmiş Ştatlarda istehalk qiymətləri indeksi son 41 ilin maksimumuna yüksəlib.
Banker.az ABŞ-ın Əmək Statistikası Bürosuna istinadən xəbər verir ki, ölkədə orta illik inflyasiya 8.5% təşkil etməklə 1981-ci ilin yanvarından bu tərəfə maksimum zirvəyə çatıb. Həmin dövrdə 8.9% inflyasiya olmuşdu.
Qurumun press-relizində qeyd edilir ki, qiymətlərdə əsas tətikləyici amil enerji qiymətləridir. Məsələn ABŞ-da benzinin qiyməti təkcə mart ayında 18.3% bahalaşıb, orta illik bahalaşma isə 32% təşkil edir. Kəmərlərlə istehlak edilən təbii qaz isə 21.6% bahalaşıb.
İşlənmiş avtomobillərin qiyməti isə 35.3% bahalaşıb.
Bu gedişlə ABŞ mərkəzi bankı sayılan Federal Ehtiyatlar Sisteminin növbəti icilaslarda daha aqressiv faiz artımına gedilə biləcəyi vurğulanır. Bu da nəticə etibarı ilə ABŞ dollarını digər valyutalara qarşı daha da bahalaşdıracaqdır.