1 C
Baku
Saturday, December 14, 2024

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları təsdiqlənib

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları təsdiq edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 avqust tarixli 826 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərarla təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.6-cı maddəsinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və fərdi  sahibkarlar üçün işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları və bu daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir.

Son xəbərlər
Digər xəbərlər