10 C
Baku
Monday, November 25, 2024

Amsterdam Hesablaşma bankı-nın yaranma tarixçəsi

Amsterdam Hesablaşma bankı XVII srdə Hollandiyada ilk bank “clearing” palatası idi. Hollandiya bu zaman mədəni çiçəklənmə dövründə idi. Amsterdam dünya ticarətinin mərkəzi olmuş, “Bank pulları” isə sahibkar və valyutanı pulların real dəyərindəki məhdudiyyətlərdən xilas etmiş, həmçinin nağdsız hesablaşmalardan istifadə edilməsinə stimul vermişdi.

Hollandiya ticarətinin böhrandan çıxmasına səbəb 1602-ci ildə yaradılmış Hollandiya-Şərqi Hindistan şirkəti oldu.  Şirkətin zənginliyi qanunvericilik, memarlıq, heykəltəraşlıq, rəssamlıq, riyaziyyat və digər elm sahələrində çiçəklənməyə səbəb olur. Yeni səhmdarlar cəmiyyətlərinin səhmləri ilə gündəlik ticarət aparan Amsterdam fond birjası isə bu çiçəklənmənin mərkəzinə çevrilmişdi.

Amsterdam Hesablaşma bankı 1609-cu ildə şəhər rəhbərliyi tərəfindən yaradılmışdı və onların himayəsi altında idi. O ilk klirinq palatası idi. Onun yaradılmasında əsas məqsəd qızıl və gümüş külçələrinin depozit qismində qəbul edilməsi idi.

Amsterdam Hesablaşma bankı istənilən həcmdə əcnəbi və milli valyuta qəbul edir, sahibinin adını və onların dəyərini holland florinasında mühasibat kitablarında qeyd edirlər.

Bankdan yalnızca qəbzlə və keyfiyyətinə zəmanət verilən pul almaq mümkün idi.

Hollandiyanın qızıl əsri isə İngiltərə və Fransa ilə bahalı müharibələrin başlanması və ölkə iqtisadiyyatında baş verən durğunluqdan sonra başa çatdı. 1700-cü ildə Britaniya dənizdə, müstəmləkə və qul ticarətində hökmranlığı öz əlinə keçirir və London Avropanın iqtisadi paytaxtına çevrilir. 1773-cü ildə Britaniyada ilk klirinq palatası açılır. Bu zaman Hollandiya-Şərqi Hindistan şirkəti müflisləşir və 1800-cü ildə ləğv edilir. 1853-cü ildə isə ABŞ-da, New-Yorkda ilk klirinq palatası yaradılır. Bu zaman diqqət çəkən amil həmin palatanın Yeni Amsterdam adlandırılması olur.

Son xəbərlər
Digər xəbərlər