“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar dərc edildiyi gündən 1 (bir) il sonra qüvvəyə minir.
Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, operatorun sürücüsünün (sürücülərinin) hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir, habelə operatorların uçotunun aparılmasını tənzimləyir.