10 C
Baku
Monday, November 18, 2024

Əhatə dairəsinə görə sığorta şirkətlərinin reytinqi

Yəqin ki, “heç kəs qəzadan sığortalı deyil” ifadəsini çox-çox eşidirsiniz, xüsusi ilə də başınıza bir pis hadisə gələndə ətrafdakılar təsəlli üçün bunu deyir. Amma təsəlli real kömək deyil və əslində uzaqgörən insanlar mümkün olduğu qədər özlərini gözlənilməzliklərdən sığortalayır və işini vaxtında, fəlakət baş vermədən öncə ehtiyatlı tuturlar. Baş verən yol qəzaları, yanğınları (müxtəlif ticarət obyektlərinin, yaşayış evlərinin), torpaq sürüşmələri, neft quyularındakı yanğınlar və s. sığortanın nə qədər aktual, zəruri və labüd olduğunu göstərir. Xatırlayırsınızsa, hətta Azərbaycanda yeni tikilən “Heydər Əliyev Mərkəzində belə yanğın baş vermişdi. Sədərək və Binədəki yanğınlar isə adi hal almışdı. Bu yaxınlarda isə Sumqayıtda Karvan Ticarət Mərkəzində yanğın baş verdi. Onlarla Sumqayıtlı iş adamı birdən-birə çətin duruma düşmüşdü. Bu “qara siyahıya” “Bulla dəniz yatağı”-nın 90 saylı quyusunda baş verən yanğını da daxil etmək olar.

Hər gün “can alan yol qəzaları isə günümüzü acı gerçəkliyinə çevrilib və artıq onları ölüm hadisəsi kimi deyil, sadəcə statistik rəqəmlər kimi nəzərdən keçiririk. Təkcə ötən il 2892 yol nəqliyyat hadisəsi baş vermişdir ki, bu zaman da həlak olanların sayı 1168 nəfər olmuş, 3000 insan isə xəsarət almışdır. Bu ilki rəqəmlər də heç də az acınacaqlı deyil Cari ilin 9 ayı ərzində ölkə ərazisində 2157 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 872 nəfər həlak olmuş, 2303 nəfər yaralanmışdır.

Bütün bu hadisələrin fonunda nədənsə sığortamıza lazımınca diqqət ayırmırıq. Bəs ayırmaq istədikdə özümüzə yaxın sığorta şirkəti tapa bilirikmi? Təbii ki, hər hansı bir şirkətə sığorta üçün müracit etdikdə, ilk növbədə diqqət yetirdiyimiz məqamlar sığortanın şərtləri olmalıdır. Amma nəzərə alına vacib nüanslar içərsinində şirkəti bizə yaxınlığı, onun xəta dairəsinin genişliyi də az rol oynamır.

Ona görə bu dəfə sizə əhatə dairəsini görə sığorta şirkətlərinnin reytiniqini təqdim etmək istərdik.

Amma qarşıda sizə sığorta şirkətlərinin təkliflərinin nə qədər səmərəliyi ilə bağlı araşdırma təqdim edəcəyik.

İlk üç pillədə Dövlət Sığorta şirkəti, Xalq Sığorta və Ataşgah Sığorta Qrupu yer almışdır.

sığorta

Son xəbərlər
Digər xəbərlər