Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Qazaxıstan üzrə 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu azaldıb.
Bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstəricinin 1,96 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da öncəki proqnozdan 0,03 mln. barel azdır.
Belə ki, proqnoza əsasən, 2021-ci ilin göstəricisi ilə müqayisədə bu il Qazaxıstanda neft və digər maye karbohidrogenlərin hasilatı 6,5% və ya 0,12 mln. barel artacaq.
Hesabata əsasən, 2021-ci il üçün Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,84 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 0,04 mln. barel çoxdur.
Xatırladaq ki, 2020-ci ildə Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,8 mln. barel olub.