Xarici onlayn mağazalar Rusiyada buraxılan “UnionPay” kartları üzrə ödənişləri bloklayır.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edilir ki, “UnionPay” ödəniş sisteminin kartlarına tələbat hələ də “yüksək olaraq qalır”.
Rusiya Ukraynada müharibəyə başlayandan sonra Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar paketini qəbul edib. Sanksiyalar çərçivəsində “Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırıb. Nəticədə, ruslar yalnız “MİR” və “UnionPay” kartları vasitəsilə xaricdə ödəniş həyata keçirə bilərdilər.
Tənzimləyici bu kartlarla trassərhəd əməliyyatların mümkün olmayacağını vurğulayıb.