9 C
Baku
Thursday, December 12, 2024

Sumqayıt Kimya Sənaye Parkında daha bir şirkətə rezidentlik statusu verilib

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında “4MAPS Bilgi Teknolojileri” MMC-yə rezidentlik statusu verilib.

Bu barədə nazirlik yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, Parkın rezidentlərinin sayı 26-ya çatıb.

Yeni rezident Parkda – 1,5 ha ərazidə “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsi həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 iş yerinin yaradılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər