Hər kəsə məlumdur ki, işi tərk etmək arzusunda olduğumuzda rəhbər şəxsə istefa ərizəsini təqdim etmək lazımdır. Bəs kim deyib ki, istefa ərizəsi mütləq olaraq kağız üzərində yazılmalıdır?! London hava limanlarından birinin əməkdaşı Kris Holms istefa ərizəsini tort üzərində həkk edərək tərtib edib.
Britaniyalı Kris Holms özünün 31-ci doğum günündə öz həyati dəyərlərini yenidən nəzərdən keçirir və prioritetlərini yenidən tərtib etməli olduğuna qərar verir. Buna səbəb isə xoş bir hadisə idi. Belə ki, onun övladı dünyaya gəlmişdi. Keçmiş gömrük işçisi anlayır ki, artıq sevdiyi işlə məşğul olmaq və ailəsi ilə daha çox zaman keçirmək istəyir. O bütün bunları tort üzərində həkk edərək bildirir və həmçinin şirniyyat biznesi ilə məşğul olmaq istədiyini deyir. Bununla yanaşı, belə bir tort sifariş vermək istəyənlər üçün də öz saytını qeyd edir. Bu unikal şəkildə istefa verən Kris nəinki əməkdaşlarını sevindiri, həmçinin öz biznesini mükəmməl formada reklam etmiş olur. Belə ki, istefa barədə xəbər internet və Britaniya qəzetlərində sürətlə yayılır.