“Nurofen”, “Strepsils” və “Durex” kimi brendlərə sahib olan “Reckitt Benckiser” şirkəti Rusiyada biznes transferi prosesinə başlayıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Reckitt Rusiyadakı biznesinin mülkiyyət hüququnun ötürülməsi prosesinə artıq başlayıb”, – deyə mesajda bildirilir.
Xatırladaq ki, bundan əvvəl Fransanın “Decothalon” idman mağazaları şəbəkəsi də Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.
İtaliyanın “Lavazza Group” şirkəti də ölkədəki fəaliyyətini müvəqqəti olaraq dayandırır.