13 C
Baku
Saturday, November 23, 2024

İlon Mask “Twitter”i almağı təklif edib

Dünyanın ən varlı adamı İlon Mask “Twitter”i almağı təklif edib.

Banker.az xəbər verir ki, bu barədə Maskın ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim etdiyi sənədlərə istinadən “Bloomberg” yazıb.

Qeyd olunur ki, təklifdə “Twitter” 43 milyard dollar dəyərində qiymətləndirilib.

Yazı hazırlanarkən Twitter səhmləri 45.85 dollar dəyərində idi ki, bu da 36.71 milyard dollar kapitallaşma deməkdir. Təklifdən sonra 18% bahalaşma olub.

2022-ci ilin aprelində Mask “Twitter”də 9% pay aldığını açıqlayıb. O, şirkətin direktorlar şurasına daxil ola bilərdi, lakin sonra bu ideyadan imtina edib.

Son xəbərlər
Digər xəbərlər