7 C
Baku
Sunday, January 12, 2025

Zelenski Aİ-dən ayda $7 mlrd. yardım istəyib

Ukrayna Prezidenti Vladimir Zelenski keçən həftə Avropa Komissiyasının sədri Ursula von der Leyenə Ukraynanın aylıq yardım üçün 7 milyard dollara ehtiyacı olduğunu deyib.

Cənab Zelenski izah edib ki, sözügedən məbləğ Ukrayna rəhbərliyinə “sosial müavinət və maaşların ödənilməsi” üçün lazımdır. Avropa Komissiyasının rəhbəri ilə dialoqda siyasətçi Ukraynanın taxıl ixracında çətinliklərlə üzləşdiyini də qeyd edib.

Vladimir Zelenski ilə Avropa İttifaqının nümayəndələri arasında Ukrayna iqtisadiyyatına dəstək tədbirlərinin müzakirəsi sonuncunun ötən həftə Kiyevə səfəri zamanı baş tutub. Ukrayna Rusiya Federasiyasının ölkə ərazisində davam edən hərbi əməliyyatının vurduğu iqtisadi ziyanla bağlı Qərb ölkələrinin irimiqyaslı maliyyə dəstəyinə ümid edir. Ukrayna İqtisadiyyat Nazirliyinin proqnozuna görə, bu ilin sonuna qədər Ukraynanın ÜDM-i 40% azala bilər.

Son xəbərlər
Digər xəbərlər