Son dövrlərdə xarici ölkələrə səfərə çıxan şəxslərlə bağlı tez-tez rast gəldiyimiz məsələlərdən biri də xaricdə qəza halı baş verdiyi zaman sığorta ödənişlərinin necə həyata keçirilməsidir.
Hazırda ölkəmizin sığorta şirkətlərində səyahətə çıxdığımız müddət ərzində başımıza gələcək hadisələrdən özümüzü sığorta etdirməyiniz üçün sığorta növü mövcuddur. Əgər xaricdə başınıza hər hansı bir iş gələrsə, sığorta nümayəndələri sizin qeydinizə qalacaqlar.
Bəs xarici ölkədə avtomobiliniz qəza törətsə necə olacaq?
Ölkənin sığorta haqqında qanunlarına əsasən avtomobillə xaricə gedən sürücülərimizin sığortalanması, xaricdə hər hansı qəza törədərsə, və ya ölüm halı baş verərsə, kompensasiya ödənişi əksini tapacaq. Yəni xaricə gedən sürücülər qanunda avtomobillə xaricdə qəzaya düşənlərin sığortalanması və kompensasiya ödənilməsi də nəzərdə tutulur.
Ölkəmizdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında Yaşıl Kart Sisteminin tətbiqinə yönəlib. Azərbaycan Respublikasında dövlət qeydiyyatında olan bütün nəqliyyat vasitələri müvəqqəti olaraq Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkə ərazisinə aparılarkən onun sahibinin mülki məsuliyyəti mütləq Yaşıl Kart Sistemi üzrə sığortalanmış (Azərbaycan Yaşıl Kartını əldə etmiş) olmalıdırlar.
Bu, xaricə öz avtomobiliniz ilə getdiyiniz zaman işinizi xeyli sadələşdirəcək, çünki siz Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkəyə gedərkən sərhədi keçərkən sığorta almalı olmayacaqlar.
Sığortaçı (yəni sığorta şirkəti) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərməsi üçün Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilməlidir. Yalnız İcbari Sığorta Bürosunun iştirakçısı olan sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərməsinə yol veriləcək.
Bəzi sığorta şirkətləri hətta səyahətə çıxarkən nəqliyyat vasitəsinə gecikmə hallarını da sığortalayırlar. Səyahət sığortası müqaviləsi səyahətə çıxmazdan əvvəl bağlanılır. Sığorta haqqı səfər edilən ölkədən, səfərin müddətindən və məqsədindən, sığorta ödənişinin məbləğindən asılı olaraq 5-30 manat arasında dəyişir.