13 C
Baku
Saturday, November 23, 2024

İtaliya qazın pulunu rublla ödəməkdən imtina edib

İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib ki, İtaliya Rusiya qazının pulunu rublla ödəməyəcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Onun sözlərinə görə, Rusiyanın şərtləri ilə razılaşmaq Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Qərbin tətbiq etdiyi sanksiyalara məhəl qoymamaq deməkdir. Texniki cəhətdən XİN rəhbəri hesab edir ki, Rusiya müqavilənin şərtlərinə birtərəfli qaydada yenidən baxaraq özünə qarşı embarqo tətbiq edir.

“Mən əminəm ki, İtaliya heç bir şantaja dözməli deyil. Təchizatları şaxələndirmək lazımdır, hələki bunu etməmişik, amma etməliyik. Və bu məsələdə həddindən artıq ehtiyatlı olmalıyıq”, – deyə nazir söyləyib.

İtaliya istifadə etdiyi qazın ümumi həcminin təxminən 40%-ni Rusiyadan alır. Ölkənin Baş naziri Əlcəzairə səfəri zamanı Əlcəzair qazının tədarükünün artırılmasına dair saziş imzalayıb.

Daha əvvəl Hollandiya öz şirkətlərinə qazın pulunu rublla ödəməyi qadağan edib.

Son xəbərlər
Digər xəbərlər