Genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanı tərk edənlərin sayı 5 milyona yaxınlaşır.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müvafiq saytında yerləşdirilən məlumatda deyilir.
Aprelin 14-nə olan məlumata görə, 4 796 245 ukraynalı Ukraynanı tərk edib. Bura sərhəd ölkələrindən evlərinə qayıdan şəxslər daxil deyil.
“Ukraynadan gedənlər arasında ikili vətəndaşlığı olan Ukrayna vətəndaşları da var”, – departament qeyd edib.