Roma butikləri mallarının rusiyalılara satılma şərtlərini açıqladılar

Məşhur moda evlərinin Romadakı butikləri mallarının ruslara satılmasının şərtlərini açıqlayıb.

Qeyd olunur ki, LVMH (Moët Hennessy – Louis Vuitton) beynəlxalq holdinqinə daxil olan dəbdəbəli brendlərin mağazalarında ruslara nağd olaraq və ya Rusiyada qeydiyyatdan keçməyən bank kartları ilə alış-veriş etmək təklif edilib. Bu butiklərdə satışla bağlı yaranan əsas problem isə rusiyalı turistlər üçün ödənişlərin “tax free” – vergisiz sistem (əlavə dəyər vergisi məbləğinin qaytarılması) vasitəsilə reallaşdırılmasının mümkünsüzlüyüdür.

Eyni zamanda bu faktorun alış-verişi qadağan etmədiyi də qeyd edilir. Məsələn, “Dior” mağazasının işçiləri Rusiya pasportunu təqdim etmədən alış-veriş etməyi təklif ediblər.

“Əlbəttə, rusiyalı turistlər bizim mallarımızı ala bilərlər. Lakin onlar “tax free”yə iddia edə bilməzlər”, – deyə butik nümayəndələri bildiriblər.

Eyni mövqe “Louis Vuitton” tərəfindən də ortaya qoyulub və rusiyalı müştərilərdən danışarkən onların gəlişinə çox məmnun olacaqları vurğulanıb.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər