7 C
Baku
Thursday, December 12, 2024

Tunisdə içərisində Azərbaycan vətəndaşları olan gəmi batdı

Tunisin Qabes şəhər limanı yaxınlığında ticarət gəmisi batıb.

Bu barədə yerli Mülki Müdafiə İdarəsi məlumat verib.

Gəminin Türkiyə və Azərbaycan vətəndaşlarından ibarət yeddi nəfərlik heyət üzvü olub. Qeyd olunur ki, heyət üzvləri xilas edilib və Qabes şəhərində xəstəxanaya yerləşdiriliblər.

Bildirilib ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi gövdəsinə su dolması səbəbindən batmağa başlayıb. Heyət üzvləri siqnal raketlərindən istifadə ediblər və sahil mühafizəsi bunun vasitəsilə vəziyyətdən xəbərdar edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər