11 C
Baku
Monday, November 25, 2024

Hindistan Rusiya helikopterlərindən imtina etdi

Hindistan Rusiyadan helikopter alınmasını dayandırır.

Bu barədə “Indiatoday” nəşri hökumət mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr bildirir ki, 48 ədəd Mi-17 V5 tipli helikopterin alınmasının ləğv edilməsi qərarı Rusiya-Ukrayna müharibəsindən əvvəl verilib.

Adı açıqlanmayan mənbə bu qərarın Rusiya-Ukrayna müharibəsi ilə heç bir əlaqəsinin olmadığını, helikopterlərin yerli şirkətlərdən alınacağını deyib. Hindistanın müdafiə sənayesində xarici asılılığı azaltmaq üçün yerli istehsala diqqət yetirməyə başladığı vurğulanıb.

Rusiya Sovet İttifaqının dağılmasından sonra Hindistanla yaxın əlaqələr qurub və bu ölkənin müdafiə sənayesi ehtiyaclarının təxminən 60 faizini təmin edib.

Maraqlıdır ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden və Hindistanın Baş naziri Narendra Modi arasında danışıqlar aparılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər