2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda əməkhaqqı fondu 11.4% artıb.
Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata görə, ümumilikdə son 3 ildə minimum əməkhaqqının 2.3 dəfə, orta aylıq əməkhaqqının 40%, median əməkhaqqının 80% artımı baş verib. Bu dövrdə illik əməkhaqqı fondu isə 2.1 dəfə artıb.