2 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank: manatın təklif kanallarının genişlənməsi inflyasiya gözləntilərini azaldıb

Hazırda manatın məzənnəsinin valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində formlaşması inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.

Banker.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın “Twitter” səhifəsində bildirilib.

Azərbaycanın əsas ixrac məhsullarının bahalaşması tədiyyə balansının profisitini artırır ki, bu da qiymətlər sabitliyinin əsas lövbəri kimi milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir, nəticədə qiymətlərə azaldıcı təsir edir.

Qeyd olunub ki, əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında ÜDM-ə nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amildir.

Son xəbərlər
Digər xəbərlər