Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 19-da baş tutacaq görüşün gündəliyi açıqlanıb.
Bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağ üzrə razılaşmaların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.
Dövlət başçıları Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparmağı planlaşdırırlar.