3 C
Baku
Saturday, December 14, 2024

“Teknos Group” Rusiya bazarından çıxır

Boya və lak istehsalı üzrə ixtisaslaşan Finlandiyanın “Teknos Group” şirkəti Rusiya bazarından çıxmağa qərar verib. Bu, Ukrayna ətrafındakı vəziyyətlə əlaqəli olub.

Banker.az bu barədə “Vedmosti”yə istinadən xəbər verir.

“Vəziyyətlə əlaqəli olaraq bu şərtlərdə biznesimizi davam etdirməyi düşünmürük və Rusiya bazarından çıxmağı qərar verdik”, – deyə mesajda bildirilib.

Qərb ölkələri Ukraynada müharibə başlayandan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya şirkətləri, iş adamları və məmurları məhdudiyyətlərə məruz qalıb. Ölkələr Rusiyaya mal və texnologiyaların ixracını, eləcə də Rusiyadan idxalı məhdudlaşdırıb, hava məkanını və limanlarını bağlayıb, Mərkəzi Bankın ehtiyatlarını, bir sıra Rusiya banklarının və iş adamlarının aktivlərini dondurub.

Son xəbərlər
Digər xəbərlər