7 C
Baku
Sunday, December 15, 2024

Bakıda restoranların qazı kəsilir

Yaxın günlərdə Bakının Səbail rayonunda “Location” adlanan iaişə məkanında partlayışdan sonra, Bakının bir çox yerlərində birinci mərtəbələrdə yerləşən restoranların qazı kəsilib. Qeyd edək ki, partlayışa səbəb propan qaz balonu olsada, bu restoranlarda qaz Azəriqaz tərəfindən təchiz edilirdi – yəni bu qaz, qaz balonu daxil olan risk qrupuna aid deyil. Banker.az-ın verdiyi məlumata görə, restoranlarda qazın kəsilməsini həmçinin Azərbaycan Qida və İçki assosasiyası tərəfindəndə təsdiq edilib.  Onların bildirdiyinə görə, quruma üzv olan kafe restoranlardada qazın kəsilməsi müşahidə olunub. Assosasiyadan bildirilir ki, qazın kəsilməsi kafe restoranların biznes fəaliyyətinə kəskin təsir göstərir və onlar hər hansı qanun çərçivəsində məsələnin həllində maraqlıdırlar.

Məsələ ilə bağlı BakuTV-nin Azəriqaza ünvanladığı sorğuya cavab olaraq dövlət qurumu tərəfindən bildirilmişdirki, qeyd olunan kafe restoranlarda FHN, Energetika Nazirliyi, Azəriqaz və s. qurumların nümayəndələri daxil olan komissiya tərəfindən monitorinqlər aparılmış və layihə smeta sənədləri olmayan obyektlərdə, həmçinin layihədən kənarlaşma olan obyektlərdə söküntü işləri aparılır.

Bu obyektlərin, qeyd olunan sənədləri olmadığı halda, indiyə kimi necə qazdan istifadə etməsi sualına isə nə FHN nədə Azəriqazdan cavab alına bilməyib.

 

Son xəbərlər
Digər xəbərlər