13 C
Baku
Friday, November 22, 2024

Reuters: ABŞ və Kuba rəsmiləri miqrasiya məsələlərini müzakirə etməyi planlaşdırırlar

ABŞ və Kuba rəsmilərinin miqrasiya məsələsini müzakirə etmək üçün cümə axşamı 9 21 aprel – Red) Vaşinqtonda görüşməsi planlaşdırılır.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bu, Cozef Baydenin ABŞ Prezidenti olmasından sonra ölkələr arasında ən yüksək səviyyəli rəsmi təmas olacaq.

İclasda Kuba Xarici İşlər Nazirliyinin və ABŞ Dövlət Departamentinin nümayəndələri iştirak edəcək. Kuba nümayəndə heyətinə xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio başçılıq edəcək.

Kuba səlahiyyətliləri mümkün görüşü şərh etməyiblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər