11 C
Baku
Monday, November 25, 2024

Makron: Fransaya Rusiya qazı lazım deyil

Avropa İttifaqı Rusiyanın enerji təchizatından asılı olsa da, Fransanın Rusiya qazına ehtiyacı yoxdur.

Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu bəyanatla bazar ertəsi, aprelin 18-i Fransa Prezidenti Emmanuel Makron çıxış edib.

“Avropa Rusiya qazından asılıdır, lakin Fransanın ona ehtiyacı yoxdur”, – deyə siyasətçi qeyd edib.

Prezidentin sözlərinə görə, Fransa hökuməti qazı “başqa yerdən” almaq üçün əlindən gələni edir. Eyni zamanda Makron Rusiyanın Donbasdakı əməliyyatlarını dayandırmaq üçün “hər şeyi etmək” zərurətinə diqqət çəkib.

“France 5” telekanalına müsahibəsində Fransa lideri həmçinin ABŞ Prezidenti Co Bayden və Avropa İttifaqı ölkələri ilə Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqini müzakirə etməyi planlaşdırdığını bildirib.

Onun fikrincə, bu fonda Avropa ölkələrində böhran sənayenin, xüsusilə kimya, metallurgiya, eləcə də maşınqayırma müəssisələrinin işini azaltmaq zərurətindən yaranacaq.

2022-ci il fevralın ortalarında Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb. Fevralın 21-ində Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıyıb, fevralın 24-ündə isə Ukraynada müharibəyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər