13 C
Baku
Tuesday, May 7, 2024

Baş nazir: “Ukrayna Ordusu Mariupolda sonadək vuruşacaq”

Ukrayna Ordusu mühasirədə qalmış liman şəhəri Mariupolun müdafiəsini davam etdirirlər və Rusiya qoşunlarına qarşı sonadək vuruşacaqlar.

BBC-inin xəbərinə görə, bunu Ukrayna Baş naziri Denis Şmıqal ABŞ-ın “ABC” telekanalına müsahibəsində deyib.

O, Rusiyanın Mariupolun təslim olması üçün bazar gününədək verdiyi son tarixə məhəl qoyulmadığını deyib:

“Şəhər hələ də təslim olmayıb. Orada hələ də bizim hərbi qüvvələrimiz, bizim əsgərlərimiz var və onlar sonadək vuruşacaqlar. Onlar indi də Mariupoldadırlar”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər