Ramazan bayramı ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq.
Banker.az məlumat verir ki, Nazirlər Kabinetinin 2014-cü il 21 noyabr tarixli qərarına əsasən, bu il 17 və 18 iyul tarixlərində Azərbaycanda Ramazan bayramı qeyd ediləcək və həmin günlər qeyri-iş günü olacaq.
Əmək qanunvericiliyinə əsasən, 18 iyul şənbə gününə təsadüf etdiyindən, iyulun 20-si – bazar ertəsi də qeyri-iş günü olacaq.