1 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycan Sənaye Bankı” kiçilib, gəlirləri azalıb

“Azərbaycan Sənaye Bankı” ASC  bu ilin I rübünü 1 milyon 569 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 416 min manat olub ki, bu da illik müqayisədə 4 dəfə çoxdur.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki,

Yanvar-mart aylarında ASB-nin gəlirləri 7 milyon 692 min manat (illik müqayisədə 1.4 % az), xərcləri 6 milyon 369 min manat (22% az) təşkil edib.

Bu il aprelin 1-nə ASB-nin aktivləri 810 milyon 569 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 9% azdır. Bunun 253 milyon 232 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4.2% artıb.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98.4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

af as2

as3

Son xəbərlər
Digər xəbərlər