7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda sığortalı işləyənlərin sayı artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığorta olunanların sayı 3 mln. 98 min 817 nəfərə çatıb.

Banker.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, bu ilin iyul ayının 1-nə olan statistikaya əsasən, Fond tərəfindən iyun ayında əlavə olaraq 15 min 412 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,12 faiz artıb. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 831 564 nəfər) kişi, 40,9 faizi (1 267 253 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,84 faizini (769 703 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,59 faizini (669 101 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,69 faizini (641 144 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,15 faizini (655 449 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,73 faizini (363 420 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Son xəbərlər
Digər xəbərlər