“WhatsApp” messenceri bütün Rusiya vətəndaşları üçün yeni qayda tətbiq edir.
Banker.az bu barədə “Novosti”yə istinadən xəbər verir.
Verilən məlumata görə, sabahdan – aprelin 22-sindən tətbiqdə vacib funksiyalardan biri ruslar üçün əlçatmaz olacaq.
“Dəyişiklik bir müddət əvvəl təqdim edilmiş yox olan fotoşəkillər funksiyasına təsir edəcək”, – deyə mesajda bildirilir.
Qeyd olunur ki, daha əvvəl telefonda fayllar saxlanılırdı, bu da məxfiliyin pozulmasına gətirib çıxarırdı.