İcbari Sığorta Bürosunun (İSB) sistemində problem yaranıb.
Sığorta agenti Şahin İsmayılov deyib ki, ötən gündən etibarən avtomobillərin icbari sığortasını həyata keçirmək mümkün olmayıb.
“Avtomobil sahibi FİN kodunu daxil edərkən, İSB-nin sistemində müştərilərə aid data görünməlidir, daha sonra sığorta haqqı hesablanmalıdır. Amma FİN kod daxil etdikdən sonra sistemdə müvafiq məlumatlar çıxmır” – deyə, sığorta agenti qeyd edib. Ş.İsmayılovun sözlərinə görə, məsələ ilə bağlı İSB-dən bildirilib ki, problem aradan qaldırılacaq.