Bərdə şəhərində Qəhrəmanlıq parkı adlanan ərazidə cavan oğlanın özünü Tərtər çayı üzərindəki körpüdən asması xəbəri dünən yayılmışdır. Fəhləliklə dolanan gəncin külli miqdarda borcu olması intihar etməsinə səbəb kimi ehtimal olunurdu.
Şəkildə gördüyünüz şəxs borca görə özünü öldürən həmin gəncdir. Banka olan kredit borcuna görə intihar etdiyi deyilir.