10 C
Baku
Wednesday, December 11, 2024

İtaliya Kiyevə əlavə 200 milyon avro yardım ayıracaq

İtaliyanın maliyyə naziri Daniele Franko ölkənin Ukraynaya əlavə 200 milyon avro yardım göndərəcəyini açıqlayıb.

Bu barədə “TASS” xəbər verir.

“Ortaya çıxacaq başqa bir məsələ bərpadır, görüşlərdə kimsə Ukrayna üçün Marşal planından danışıb”, – nazir bildirib.

Franko qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun iclaslarında və müxtəlif forumlarda Ukrayna böhranının iqtisadi nəticələrindən tutmuş inflyasiyaya qədər, hazırda son dərəcə aktual olan məsələlərə toxunulub.

Bundan əvvəl İtaliya Kiyevə yardım kimi 110 milyon avro, daha sonra isə beynəlxalq təşkilatlara ukraynalılara kömək üçün daha 25 milyon avro ayırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər