13 C
Baku
Saturday, November 23, 2024

Aİ Şimali Koreyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Avropa İttifaqı (Aİ) Şurası Şimali Koreyanın sanksiyalar siyahısına səkkiz fiziki və dörd hüquqi şəxsi əlavə edib.

Bu barədə Şuranın Brüsseldə yaydığı kommünikedə deyilir.

Məhdudlaşdırıcı tədbirlərə Aİ ölkələrinə səyahət qadağası, aktivlərin dondurulması və bu siyahıda olan şəxslərə maliyyə resurslarının verilməsinə qadağa daxildir.

Sənəddə qeyd edilir ki, siyahıda raket proqramının inkişafı ilə bağlı qurumlarda rəhbər vəzifələrdə çalışan şəxslər, habelə qanunsuz silah proqramları üçün vəsait yarada biləcək qurumlar yer alıb.

Aİ KXDR-i sabitliyi pozan hərəkətlərini dayandırmağa və beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə hörmət etməyə çağırıb.

Son qərar, sanksiya siyahısına daxil edilən fiziki şəxslərin ümumi sayını 65-ə, hüquqi şəxslərin isə 14-ə çatdırır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər