10 C
Baku
Friday, December 27, 2024

Bank sektoru təkcə birinci rübdə 174 mln. manat xalis mənfəət əldə edib

Azərbaycanda bank sektoru 2021-ci ilin birinci rübündə 173.9 mln. manatlıq xalis mənfəət əldə edib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB-nin məlumatına görə, bankların faizlər üzrə gəlirləri 604.2 milyon manat təşkil edib. Bu da 2021-ci ilin analoji dövrünü 22% üstələyir.

Bankların faiz xərlcərinin həcmi 143.4 mln. manat ( 2021-ci ilin eyni dövrü: 129 mln. manat), qeyri-faiz gəlirləri 225.9 mln. manat (170.8 mln. manat), qeyri-faiz xərcləri isə 397.8 mln. manat (301.7 mln. manat) olub.

Beləliklə, bank sektoru ilin ilk rübündə 275.4 mln. manat (220.8 mln. manat) əməliyyat mənfəəti edib.

Aktivlər üzrə mümkün zərərlərə və 41.6 mln. manatlıq gəlir vergisi xərcindən sonra xalis mənfəət 173.9 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövründən 17% çoxdur.

BÖYÜK ÖLÇÜDƏ CƏDVƏL

098765432vfg 2

Son xəbərlər
Digər xəbərlər