20 C
Baku
Tuesday, April 30, 2024

Avstraliya Lavrov və daha 147 rusiyalıya qarşı sanksiya tətbiq edib

Avstraliya hakimiyyəti Rusiyanın xarici işləri naziri Serqey Lavrov və daha 147 vətəndaşını sanksiyalar siyahısına əlavə edib.

Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Xatırladaq ki, bundan əvvəl aprelin 14-ü Avstraliya Daxili İşlər Nazirliyi ölkə hakimiyyətinin Rusiyanın “Qazprom” və “Transneft” enerji şirkətlərinə, eləcə də digər 12 müəssisəsinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlamışdı.

Buna cavab olaraq Rusiya Avstraliya rəhbərliyinin 228 nümayəndəsinə və parlamentariyə qarşı personal sanksiya tətbiq edib. Bildirilir ki, “stop-siyahı”ya Avstraliya Milli Təhlükəsizlik Komitəsinin, Nümayəndələr Palatasının, Senatın və regional qanunvericilik assambleyasının üzvləri daxildir.

Kremlin sözçüsü Dmitri Peskov həmin gün bildirib ki, Avstraliya digər dövlətlərlə birlikdə Rusiya Federasiyasına qarşı ticarətdə, iqtisadiyyatda “total müharibə” aparır, həmçinin rusların əmlakını və pullarını “ələ keçirir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər