Forbes nəşrinin verdiyi məlumata görə, Çinin fond bazarında yaşanmış enmə səbəbindən 205 çinli milyarderin ümumi sərvəti 1 ay ərzində 195 milyard dollar azalmışdır.
Bu məlumatlar, milyarderlərin sərvətinin həcmi indiki zamanda edilmiş hesablamalara əsaslanmışdır. Forbes dəyişiklikləri 12 iyul tarixindən qeydə almışdır. O dövrdən başlayaraq Şanxayın Shanghai Composite fond birjasının indeksi 30%-dən çox enmişdir.
Qeyd edək ki, Forbes jurnalının ən son tərtib etdiyi 2015-ci il üzrə dünyanın ən varlı milyarderləri reytinqində Çindən 205-dən çox şəxs iştirak edirdi. Onların ümumi sərvəti 565 milyard dollar həcmində qiymətləndirilirdi.