Ukrayna və Rusiya nümayəndə heyətlərinin başçıları David Araxamia və Vladimir Medinski arasında danışıqların növbəti raundu baş tutub.
David Araxamia Ukrayna mətbuatına tərəflər arasında danışıqların aparıldığını təsdiqləyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov prosesin dayandığını bildirmişdi.