12 C
Baku
Tuesday, October 1, 2024

Ukrayna müharibəsi Rusiyadan Azərbaycana idxal məhsullarına necə təsir edib?

Rusiya Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə taxıl idxalına məhdudiyyət qoyub. Əsasən Rusiyadan taxıl alan Azərbaycan bu qurumun üzvü olmadığı üçün birbaşa idxal məhdudiyyəti ilə üzləşməyib.

Ancaq bəzi təhlilçilər Rusiyaya tətbiq olunan genişmiqyaslı sanksiyalardan sonra bunun belə davam edəcəyini şübhə altına alırlar.

Bu həftə Azərbaycanın Baş naziri Əli Əsədov 2021-ci ilin yekunlarına dair çıxışında yerli istehsalın önəmindən bəhs edərək, “idxaldan asılılığın azaldılmasına nail olmalıyıq” deyib və vurğulayıb ki, bunun üçün aqrar sektorun inkişafında “əsaslı dönüş” yaradılmalıdır .

Milli Məclisin deputatı Aydın Hüseynov BBC News Azərbaycancaya bildirib ki, “ölkədə ərzaq ehtiyatının yaradılması ilə bağlı çox ciddi addımlar atılıb, gərginlik proqnozlaşdırılmır”.

BBC News Azərbaycancaya danışan sahibkar və təhlilçilər taxıl üçün başqa bazarların olduğunu deyirlər və əmindilər ki, ölkədə buğda qıtlığı yaşanmayacaq.

Rusiyada azərbaycanlılar: “Əhali alır, ərzaq bitir, səhərisi gün anbarlardan yenə gətirilir”Rusiyaya qarşı sanksiyalar: onlar haqqında nəyi bilmək lazımdır?

Məhdudiyyət olarsa…

Rusiya Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstana taxıl ixracı məhdudiyyətini “daxili bazarı məhdudiyyətlər şəraitində qorumaq” istəməsilə izah edib.

Azərbaycanda un və un məmulatları istehsal edən iri şirkətlərdən birinin rəhbəri Arif Həsənov BBC News Azərbaycancaya deyib ki, hazırda onlar Rusiyadan “buğdanı rublla alırlar və məhdudiyyət yoxdur”.

“Olarsa, seçim kimi Qazaxıstan var. Dövlət istəsə, baha alar gətirər, burada subsidiya ilə ucuz satar. Bu məsələdə elə bir problem yaranası deyil. Ələlxüsus indi, çünki bir neçə aylıq ehtiyatımız var”.

Ukraynaya hücum etdiyi üçün Rusiya nələrdən məhrum olur?”Əsas odur ki, hamıya çatsın” – Rusiyada ərzaq və məişət mallarının satışına məhdudiyyətlər qoyulur

Azərbaycanda taxıla ƏDV-nin olmadığını bildirən sahibkar deyir ki, “bircə daşınma xərcləri baha başa gələr ki, onu da dövlətin verdiyi subsidiya ilə həll etmək olar”.

İqtisadçı Nazim Bəydəmirli Rusiyanın Azərbaycana taxıl ixracını məhdudlaşdıracağı təqdirdə seçim kimi Qazaxıstanın olduğunu deyir, lakin “bunun ölkəyə baha başa gələcəyini” vurğulayır.

“Dünya bazarında ixrac baxımından Avstraliya, ABŞ, Kanadadır. Müxtəlif ölkələrdən ala bilərik. Dünya bazarında kifayət qədər taxıl var. Sadəcə, qiymətlər baha olacaq”, – təhlilçi əlavə edir.

“Bütün risklər nəzərə alınıb”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycan hökumətinin “bütün riskləri” nəzərə aldığını deyir:

“Dünən hökumətin hesabatını verərkən Baş nazir Əli Əsədov açıq şəkildə qeyd etdi ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, artıq ölkədə ərzaq ehtiyatının yaradılması ilə bağlı çox ciddi addımlar atıb. Bütün qarşıya çıxacaq risklər nəzərə alınıb və bununla əlaqədar olaraq, ölkədə hər hansı bir gərginliyin yaşanacağı proqnozlaşdırılmır”.

BBC News Azərbaycancaya müsahibəsində millət vəkili bildirib ki, konkret taxıl ehtiyatları ilə yanaşı, vətəndaşların ay ərzində taxıl istehlakı da hesablanıb və buna uyğun ehtiyat yaradılıb.

İqtisadiyyatın strateji yol xəritəsi nədir? İzahı 6 suala cavabda oxuyunAzərbaycan və Rusiya arasında yeni müttəfiqlik nə deməkdir? Təhlil

Hazırda regionda gedən proseslərə işarə edən Aydın Hüseynov vurğulayır ki, baş verənlərin hansısa formada öz təsirini göstərməsi gözlənəndir, çünki müharibə aparan Rusiya Azərbaycanın qonşuluğundadır və onunla intensiv ticari və iqtisadi əlaqələr var:

“Sadəcə olaraq, Azərbaycan da bütün variantları hesablayır ki, məsələn, bizim taxıl ehtiyatlarımız nə qədərdir? Rusiyadan bu taxılı alırıq, bəs, alternativ bazarımız hansı ola bilər? Ona görə də sözün əsl mənasında hər hansı panikanın, ciddi gərginliyin olması gözlənilmir”.

Millət vəkili taxıl ehtiyatlarının dəqiq miqdarını açıqlamayıb.

Yerli istehsalın artırılması idxal asılılığını azaldarmı?

Kənd təsərrüfatı məsələləri üzrə təhlilçi Vahid Məhərrəmli hesab edir ki, Azərbaycanın Rusiya taxılından asılılığını azaltmaq üçün yerli istehsala diqqəti artırmaq lazımdır:

Onun sözlərinə görə, Azərbaycanın iqlim şəraiti daxili istehsal hesabına buğdaya olan tələbatı ödəməyə imkan verir:

“Azərbaycan digər ölkələrdən asılı vəziyyətə düşməməlidir, Baxın, ölkədə 600 min hektarlıq əkin sahəsində buğda əkilir. Əgər bizdə məhsuldarlıq digər ölkələrdə olduğu kimi 50, hətta 60 sentner olarsa, biz özümüzün buğdaya olan tələbatımızı 100 faiz ödəyə bilərik”.

Təhlilçi vurğulayır ki, “heç olmasa 3-cü sinif keyfiyyətli buğda istehsalı baş tutsa, bu, Azərbaycanın ərzaq buğdasına olan tələbatının yarıdan çoxunu təmin edə bilər”.

Rusiya keçmiş sovet ölkələrində nəzarəti itirirmi?Putin bu müharibədə qazanarsa və ya uduzarsa, bunun Azərbaycana təsiri nə olacaq?

Kənd Təsərrüfatı Nazirliyindən BBC-yə bildirilib ki, bu il Azərbaycanda 1 milyon hektar taxıl əkilib. Əkilən taxılın 60 faizə yaxını buğda, 40 faizə yaxını arpadır. Məhsuldarlığın həcmi isə biçindən sonra bəlli olacaq.

Qurumdan bildiriblər ki, ölkədə daxili istehsalı stimullaşdırmaq üçün subsidiyalarla yanaşı, tətbiq olunan proqram çərçivəsində fermerlərə təlimlər keçirilir.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər