2 C
Baku
Saturday, December 14, 2024

Ukrayna ABŞ-dan ayda $2 mlrd. iqtisadi yardım istəyib

Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib ki, Ukrayna ABŞ administrasiyasından ayda azı 2 milyard dollar dəyərində təcili iqtisadi yardım istəyir.  Onun sözlərinə görə, bu pul olmasa, Ukraynada humanitar böhran daha da pisləşə bilər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Cənab Marçenko “The Washington Post”a bildirib ki, ümumilikdə onun ölkəsinin hər ay ən azı 5 milyard dollar beynəlxalq yardıma ehtiyacı var. Bu məbləğdə o, Ukraynanın aprel, may və iyun ayları üçün tələbatını təxmin edib.

Marçenko vurğulayır ki, bu pul səhiyyə və təhsil sektorunda çalışanlara pensiya və maaşların, habelə humanitar ehtiyacların ödənilməsi üçün lazımdır.

Ümumilikdə, ABŞ fevraldan bəri Ukraynaya 1 milyard dollar iqtisadi yardım ayırıb. Keçən həftə ABŞ səlahiyyətliləri Ukraynaya daha 500 milyon dollar ayırmağa razılaşıb.

Dünən, aprelin 25-i ABŞ-ın Baş katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə səfər edib. Ukrayna hakimiyyəti Qərbdə dondurulmuş Rusiya vəsaitlərinin öz xeyrinə qaytarılması mexanizmini də işləyib hazırlayıb.

Son xəbərlər
Digər xəbərlər